Mitsubishi Avtomobil Mərkəzi Mitsubishi Avtomobil : MITSUBISHI OUTLANDER - MITSUBISHI PAJERO - MITSUBISHI L200 - MITSUBISHI ATTRAGE - MITSUBISHI MIRAGE : Test-drayv ərizəsi
Bakı şəhəri, Bakı - Sumqayıt şossesi, 6-cı km AZ1008 Baku, Azerbaijan, Tel:+994123490006, E-mail: info(at)mitsubishi-cars.az

Servis



Servis Xidmətləri

Əgər Siz Mitsubishi markalı avtomobilin xoşbəxt sahibisinizsə, onda Mitsubishi Avtomobil Mərkəzinin Servis Mərkəzi Sizin avtomobiliniz üçün dövri xidmət və kompleks təmir sahələrini təklif edir. 

Mitsubishi Avtomobil Mərkəzinin Servis Mərkəzi Mitsubishi standartlarına cavab verən ən müasir avadanlıqlarla təchiz edilmişdir. Servis Mərkəzinin daxili proqramında isə hər bir avtomobilin ilk gündən xidmət tarixçəsi qeyd olunur ki, bu da avtomobildə yerinə yetirilmiş işlərə daima nəzarət etməyə imkan verir.

Mitsubishi Avtomobil Mərkəzinin Servis Mərkəzi təklif edir:

• Mitsubishi markalı avtomobillərə zəmanət müddəti ərzində və bitmə anından sonra xidmət; 
• Elektron sistemlərin, mühərrikin, sürətlər qutusunun, differensialın, əyləc sisteminin və s. Mitsubishi DS –lə yoxlanılması; 
• Elektron sistemlərin yoxlanılması və təmiri; 
• Ön faraların lampa işığının tənzimlənməsi;
• Avtomobil açarlarının proqramlaşdırılması, silinməsi və ya əlavə edilməsi;
• Mühərrikin yoxlanılması və əsaslı təmiri; 
• Mühərrikin klapanlarının tənzimlənməsi;
• Sürətlər qutusunun və differensialın yoxlanılması və əsaslı təmiri; 
• Hərəkət hissəsinin yoxlanılması;
• Amortizatorların işləmə faizinin yoxlanılması;
• Əyləc disklərinin sökülmədən avtomobil üzərində yonulması;
• Yanacaq sisteminin yoxlanılması və tənzimlənməsi;
• Əyləc sisteminin yoxlanılması və tənzimlənməsi;
• Təkərlərin görüşmə bucaqlarının nizamlanması (razval); 
• Təkərlərin təmiri (yamanması) və balansı;
• Təkərlərin azot qazı ilə doldurulması;
• Əyilmiş və ya sınmış disklərin bərpası;
• Avtomobilin və mühərrikinin yuyulması;
• Hər növ akssessuarların quraşdırılması;
• Audio ve tele qurğuların quraşdırılması və təmiri;
• Bloklanmış audio sistemlərin açılması;
• Oğurluq əleyhinə sistemlərin (siqnalizasiya) quraşdırılması;
• Kondisioner aparatının doldurulması və yoxlanılması;
• Kondisioner və qızdırıcı sistemlərinin təmiri;
• Qabaq və arxa şüşələrin dəyişdirilməsi;
• Plastmas hissələrin təmiri; 
• Avtomobillərin ümumi pardaxlanması;
• Avtomobil salonunun kimyəvi təmizlənməsi;
• Kənar səslərin aradan götürülməsi;
• Dəmir və boya işləri;
• Batıq hissələrin boyasız təmiri;
• Zədələnmiş hissələrin bərpası və ya dəyişdirilməsi;
• Zədələnmiş hissələrin kompyuter vasitəsilə rəng seçimi və boyanması.


Dövri Xidmət 

Avtomobilnizin vəziyyətini saz və nizamlı saxlamaq və uzunömürlüyünü artırmaq üçün davamlı şəkildə dövri xidmət şərtlərini yerinə yetirmək lazımdır.

Xəbərdar olun ki, davamlı şəkildə yerinə yetirilən dövri xidmət şərtləri Sizin avtomobilnizin təmir xərclərini azaldır.
Əgər Sizin avtomobilnizin yürüşü növbəti dövri xidmətin yerinə yetirilməsinə müvafiqdirsə, onda zəhmət olmazsa, bizim Servis Mərkəzimizə müraciət edin.

Növbəti xidmətlə əvvəlki xidmət arasındakı vaxt 6 aydan çox olmamalıdır.

Mitsubishi Avtomobil mərkəzinin Servis Mərkəzi avtomobilnizin texniki reqlamentinə müvafiq olaraq bütün işləri standartlara uyğun olaraq tez və keyfiyyətlə yerinə yetirəcək. Yerinə yetirilmiş hər bir dövri xidmətdən sonra Servis Mərkəzinin müvafiq əməkdaşları “Dövri xidmətin qeydiyyatı” üçün nəzərdə tutulmuş kitabçada qeydlərini edəcək.

Zəmanət şərtlərinin saxlanılması üçün bütün işlər ancaq və ancaq Mitsubishi Motor Co., Ltd –nin rəsmi distribyutoru olan Mitsubishi Avtomobil Mərkəzinin Servis Mərkəzində həyata keçirilməlidir. 

Avtomobilinizdə kənarda yerinə yetirilmiş hər bir iş zəmanət şərtlərinin pozulması anlamına gələcək və bununla da zəmanət şərtləri qüvvədən düşəcək, bu da Sizin avtomobilnizin bazar qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.


Dövri Yoxlama

Dövri xidmətlə yanaşı texniki reqlamentə uyğun olaraq avtomobil Sahibi də bir sıra yoxlama-nəzarət əməliyyatları həyata keçirməlidir. Bunlara aiddir:

• mühərrik yağının səviyyəsi; 
• əyləc mayesinin səviyyəsi; 
• mühərrikin soyuducu mayesinin səviyyəsi; 
• şüşəyuyucunun mayesinin səviyyəsi; 
• işıqlandırma və siqnalizasiya sistemlərindəki nasazlıq, cihazlar panelindəki indiqatorların nasazlığı; 
• təkərlərin təzyiqi; 
• hidrogücləndiricinin mayesinin səviyyəsi; 
• sürətlər qutusunun mayesinin səviyyəsi. 

dövrü xidmət cədvəlini buradan yükləyin



Zəmanətli Xidmət

Mitsubishi Motor Co., Ltd –nin rəsmi distribyutoru olan Mitsubishi Avtomobil Mərkəzinin Satış Mərkəzindən alınmış hər bir avtomobilə 3 il və ya 100.000 km yürüş ( hər hansı birinin tez başa çatmasından asılı olaraq ) zəmanət verilir.

Zəmanət şərtlərinin qüvvədə saxlanılması üçün avtomobilnizin texniki reqlamentində qeyd olunan şərtlərə riayət olunması mütləq şərt hesab olunur.

Zəmanət şərtləri normal istismar zamanı yeyilən, dağılan hissələrə, sərfiyyat və yağlama materiallarına aid edilmir.
Daha ətraflı əlavə olunmuş fayla nəzər yetirin.

Zəmanətin şərtləri

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNDƏ MITSUBISHI AVTOMOBİLİNƏ VERİLƏN ZƏMANƏTİN ŞƏRTLƏRİ VƏ ÖHDƏLİKLƏRİ

Zəmanət öhdəliyini yerinə yetirir:
Mitsubishi şirkətinin rəsmi distribyutoru. Bu səhifədə qeyd olunmuş zəmanət və öhdəliklər AR ərazisində yerinə yetiriləcəkdir.

Zəmanət öhdəliyi şamil olunur:

Zəmanət sertifikatı düzgün doldurulmuş Mitsubishi avtomobillərinə. Sizin avtomobilin sertifikatı verilmiş zəmanət və Servis kitabçasının üz qabığının arxa səhifəsində yerləşdirilmişdir. Avtomobil satışı zamanı Mitsubishi şirkətinin distribyutoru sertifikata avtomobil haqqında olan bütün məlumatları müvafiq sütunlarda qeyd etməlidir. Zəmanət AR ərazisində baş idxalçı "Diamond Motor" şirkəti tərəfindən AR ərazisinə idxal olunan yeni Mitsubishi avtomobillərinə şamil olunur. Avtomobil AR ərazisində nəqliyyat vasitələrinə qoyulan tələblərə və normativ sənədlərə uyğun gəlməlidir.


Zəmanət təmini hüququna malikdir:

Mitsubishi avtomobilinin birinci və sonrakı sahibləri (əgər satış müəyyən olunmuş zəmanət müddəti kəsiyində baş verərsə).


Zəmanət öhdəliklərinin məzmunu:

«Zəmanətin xüsusi şərtlərində» (səh.5) qeyd olunan elementlər istisna olmaqla zəmanət müddətindən olan Mitsubishi avtomobillərində "Pulsuz" olaraq bütün nasazlıqlar, əgər bu ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gəlmişdirsə aradan qaldırılır. Mitsubishi şirkəti məhsulu istifadəçilərinin qüvvədə olan qanunvericilikdə təyin edilmiş qanuni hüquqları və zəmanət öhdəliyi heç cür azaldıla bilməz.


Zəmanət öhdəliyi şamil olunur: 

Azərbaycan Respublikası ərazisinə. Avtomobilə verilən 3 il (100 000 km) zəmanət:
Sizin zəmanət sertifikatında qeyd olunduğu kimi Mitsubishi avtomobilinin zəmanət dövrü müddətində ayrı-ayrı hissələrin nasazlığı və ya keyfiyyətsiz avtomobil yığımından irəli gələn bütün nasazlıqları Mitsubishi şirkəti "pulsuz" olaraq aradan qaldırmağa zəmanət verir. («Zəmanətin xüsüsi şərtləri»nə daxil edilən bəndlər zəmanətlə dəyişdirilmir) Zəmanət avtomobil satıldığı gündən etibarən 3 il müddətinə və ya 100 000 km yürüşə (bu hallardan hansı daha tez başa çatarsa) qədər qüvvədə sayılır. 

Mitsubishi şirkəti bu müddət ərzində 6-cı və 7-ci səhifələrdə sadalanmış zəmanət şərtləri daxilində baş vermiş bütün nasazlıqları "pulsuz" olaraq təmin etməyi və ya nasaz avtomobil hissələrinin dəyişdirilməsini öz üzərinə götürür.

Zəmanətin xüsusi şərtləri:

Avtomobil üzərindəki akkumlyatora satış tarixindən etibarən 1 il müddətinə zəmanət verilir. Aşağıda qeyd olunmuş xüsusi elementlər Mitsubishi şirkətinin zəmanət şərtlərinə aid edilmir. Əvvəlcədən avtomobilə quraşdırılmış şinlər, normal istismar zamanı yeyilmiş, dağılmış hissələr, sərfiyyat və yağlama materialları:

• Hava filtri
• Yağ filtri
• Yanacaq filtri
• Ötürücü qayışlar
• Alışdırma şamları
• ilişmə muftası diski
• Təkər diskləri
• Asqı detallarının rezin hissələri
• Əyləc nakladkaları
• Əyləc diski və barabanı
• Şüşətəmizləyicinin fırçaları
• Müxtəlif tipli araqatılar ( Silindr blokunun başlıq araqatısından başqa)
• Salniklər
• Əriyən qoruyucular və relelər
• Közərən lampalar (sökülməyən faralardan başqa)
• Soyuducu və işlək mayelər

Avtomobilə xüsusi xidmət: 3 il


Zəmanətin şərtləri :

1. Zəmanət müddəti dövründə avtomobilin nasazlığı ilə əlaqədər alıcının şikayətinə baxarkən Mitsubishi şirkətinin səlahiyyətli distribyutoru aşağıda sadalan səbəb və halları nəzərə alır. 
a. Avtomobil sahibinin təyin olunmuş zamanlarda avtomobili texniki xidmətdən keçirməsi zəmanətin əsas şərtidir (səh. 11-12). Avtomobilə texniki xidmət Mitsubishi şirkətinin rəsmi distribyutorunun servis mərkəzində göstərilməlidir. 
b. Avtomobil Mitsubishi şirkəti şəbəkəsinə daxil olmayan servisdə təmir olunan zaman düz və ya dolayı yolla zədələnibsə, işləmə texnologiyasına zədə vurulubsa, onda nöqsanlara görə müraciət qəbul olunmur. 
v. Avtomobilin müntəzəm olaraq yoxlanması zəmanətin əsas şərti hesab olunur (səh.11-12). 
q. Mitsubishi şirkətinin rəsmi distribyutorunun razılığı olmadan avtomobilin konstruksiyasında düz və ya dolayı yolla dəyişiklik baş veribsə oradakı nöqsanlara görə müraciət qəbul olunmur. 
d. Mitsubishi şirkətinin rəsmi razılığı olmadan hər hansı bir material və detalların istifadəsindən yaranan qüsur və nasazıqlıqlara görə müraciət qəbul olunmur
e. Bilavasitə və ya dolayı yolla avtomobildə qüsura səbəb olan avtomobillə ehtiyyatsız davranış, istehlak qadalarının pozulmasına dair müraciət qəbul olunmur. 
j. Avtomobilə uyğun olmayan təmizləyici vasitələrin istifadəsindən yaranan fəsadlara dair müraciət qəbul olunmur. 
z. Avtomobildən düzgün istifadə edilmədikdə, yəni səriştəsiz sürücü istifadə etdikdə və ya avtomobildən ralli kimi avtoyarışda istifadə etdikdə yaranan fəsadlara dair müraciət qəbul olunmur. 
I. Avtomobilin icarəyə verilib taksi kimi intensiv istifadə olunmasından yaranan fəsadlara dair müraciət qəbul olunmur. 
g Avtomobilin qaçırılması və oğurlanması, yol qəzası və yanğın, eləcə də təbiət hadisələrinin nəticəsində yaranan fəsadlara dair müraciət qəbul olunmur. 
l. Mitsubishi şirkətinin məsuliyyətini üzərinə götürmədiyi atmosfer yanğınları, quş nəcisi, yüksək nəmliyə malik dəniz havası və digər kimyəvi təbiət hadisələrinin yaratdığı fəsadlara dair müraciət qəbul olunmur.
m. Avtomobilin istehsalı zamanı istifadə edilə bilən ehtiyat hissələri istisna olmaqla, avtomobilin xarici görkəminin təbii pisləşməsindən yaranan çatışmazlığa dair müraciət qəbul olunmur. 
n. Avtomobilin bir hissəsinin və ya tamamilə suya qərq olunmasından yaranan karroziya zədələnməsinə dair müraciət qəbul olunmur. 
o. Avtomobilin rəng örtüyünü korlayan kənar təsirlər (təkərin altından çıxan xırda daş parçaları, çınqıl, qum və s.) nəticəsində karroziya zədələrinə dair müraciət qəbul olunmur.
p. Avtomobilin təhlükəsizliyi və texniki vəziyyətinə təsiri istisna olmaqla, avtomobilin hərəkəti zamanı güc aqreqatından, detaldan və salonun örtüyündən gələn xırçıltı və taqqıltı səslərinə dair müraciət qəbul olunmur. 
r. Zavod istehsalından yaranan qüsur istisna olmaqla - cızılmış, çatlamış, sınmış şüşə və güzgülər zəmanətlə dəyişdirilmir. 
s. Avtomobil istismardan kənar elan edildikdə və sığorta şirkətinin siyahısına zədələnmiş kimi düşdükdə Mitsubishi şirkəti avtomobilin təmirini öz üzərinə götürmür. 
t. Mitsubishi şirkəti məsləhət görmədiyi yanacağın istifadəsi zamanı sıradan çıxmış xaricetmə və mühərrik sisteminin detallarına zəmanət vermir.
2.Avtomobilin dövrü texniki xldmətdən keçməsinin dəyəri qoyulmuş reqlamentə görə Mitsubishi şirkətinin zəmanətinə aid edilmir. Yağ filtrləri, yanacaq və hava filtrləri, alışma şamları kimi detalların dəyişdirilməsi, təmiri kimi işlərin ödənişi avtomobil sahibinin üzərinə düşür. 
3. Zəmanət avtomobil sahibinin avtomobildə yaranan nasazlıqlarla birbaşa bağlı ödənişlərini əhatə etmir və birbaşa Mitsubishi şirəkətinin zəmanətli öhdəliklərinə aid edilmir. Belə hallara aşağıdakılar aiddir:
• Yolda avtomobildə yaranmış nasazlıqlar ucbatından yaranmış yedəkqoşma, qida, mehmanxanada yerləşmə, poçt əlaqəsi və digər xərclər avtomobil sahibinə düşür.
• Mülkiyyətin zədələnməsi və məhvinə görə eləcədə alınmış fiziki zədələrə görə yaranmış xərclərin kompensasiyası nəzərdə tutulmur.
• Müəyyən müddətə zəmanət təmirində qalan nasaz avtomobilə görə götürülmüş digər avtomobilin icarə xərcləri və ya bu zaman itirilmiş vaxt və ya kommersiya xeyrinə görə kompensasiya nəzərdə tutulmur.
4. Mitsubishi şirkəti zəmanət təmini zamanı və görülən işin həcmini və üsüllarını müəyyən eləmək hüququnu özündə saxlayır.
5. Zəmanətə uyğun olaraq təmir zamanı avtomobildə dəyişdirilmiş yeni detallar Mitsubsihi şirkətinin mülkiyyəti sayılır.
6. Zəmanət təmini zamanı avtomobilə quraşdırılmış yeni detallara 3 ay müddətinə və ya 5000 km-ə qədər zəmanət verilir.
7. Zəmanət yalnız avtomobil AR ərazisində yerləşən Mitsubishi şirkətinin rəsmi distribyutorunda təmir olunduqda qüvvədə olur.
8. Yarımçıq və uyğun olmayan xidmət zamanı yaranımış ziyan Mitsubishi şirkəti tərəfindən ödənilmir.
MITSUBISHI AVTOMOBİLLƏRİNƏ VERİLƏN ZƏMANƏTİN ŞƏRTLƏRİ VƏ ÖHDƏLİKLƏRi

Avtomobil sahiblərinin öhdəçilikləri:
Avtomobil sahibi zəmanət və servis kitabçasının 11-12-ci səhifələrində göstərilən texniki xidmət reqlamentinə uyğun avtomobilə müntəzəm və peşəkər qulluq göstərməlidir. Avtomobil sahibi zəmanət təminə görə reklamasiya təqdim etmək üçün şirkətin rəsmi distribyutoruna avtomobildə müəyyən etdiyi bütün nasazlıqlar haqqında dərhal məlumat verməlidir. Distribyutor Mitsubishi şirkətinin tələblərinə uyğun olaraq zəmanət və zəmanətə görə olmayan təmirlərin keçirilməsindən asılı olmayaraq avtomobilin texniki xidmətini təşkil etməlidir. Distribyutor zəmanətə uyğun olmayan hallar istisna olmaqla, zəmanət qüvvədə olan müddətdə avtomobildə aşkar olunan bütün nasazlıqları təmir edib, aradan qaldırmalıdırlar.


Rəsmi distribyutorun öhdəçilikləri:
Distribyutor zəmanət və servis kitabında olan zəmanət sertifikatını doldurub möhürlə bitirməlidir, avtomobili qeydiyyatdan keçirməli və zəmanət xidmətinə qeyd etməli, yeni avtomobilin sahibini zəmanət şərtləri və təmiri haqda məlumatlandırmalıdır.Distribyutor avtomobil sahibini avtomobilə düzgün qulluq və vaxtaşırı texniki xidmət haqqında ətraflı məlumatlandırmalıdır.Zəmanətin bütün şərtlərinə əməl olunduqda distribyutor bütün təmir işlərini avtomobil sahibi üçün "pulsuz" yerinə yetirməlidir. Zəmanətə uyğun olmayan nasazlıqlar çıxdıqda və əgər bu nasazlıqların aradan qaldırması əlavə xərcə başa gələcəksə distribyutor bu haqda avtomobil sahibinə məlumat verməlidir.


AVTOMOBİLLƏ SƏRHƏD HÜDUDLARINDAN KƏNARA ÇIXIŞ
Növbəti məsləhətləri nəzərə alın:

1. Səyahətdən öncə avtomobilinizin Mitsubishi şirkətinin rəsmi distribyutorunda texniki baxışdan keçdiyinə əmin olun.
2. Əsasən vaxtaşırı yoxlanışlara diqqət yetirin, çünki ola bilər ki, Siz avtomobilinizlə uzaq məsafəyə normadan artıq yüklə gedə bilərsiniz.
3. Təkidlə məsləhət görürük ki, baş verə biləcək hər ehtimala qarşı avtomobilinizi sığortalayasınız. Xahiş edirik ki, öz sığorta şirkətinizə müraciət edəsiniz.
4. Bir çox Avropa ölkələrində «Turizmə dair əlavə avadanlıqlar» haqqında qanun mövcud olduğundan səyahətə çıxmamışdan əvvəl Mitsubishi şirkətinin rəsmi distribyutorundan bu haqda məlumat alın. Mitsubishi şirkəti Sizə əlavə avadanlıqların geniş çeşidini təklif edir və Siz bu avadnlıqları Mitsubishi şirkətinin hər bir rəsmi distribyutorundan əldə edə bilərsiniz.
5. Özünüzlə zəmanət və sevrvis kitabını götürməyiniz çox vacibdir.
6. Xarici ölkəyə səyahət zamanı ən vacib və təhlükəsizliklə bağlı təmir işlərini aparmanız məsləhət görülür. Başqa təmir işləri ilə bağlı isə qayıdandan sonra öz distriyutorunuza müraciət etmənizi məsləhət görürük.


AVTOMOBİLƏ TEXNİKİ XİDMƏTİN GÖSTƏRİLMƏSİ

Avtomobilin texniki vəziyyətini uzunömürlü və etibarlı saxlamaq üçün müntəzəm olaraq onu texniki xidmət yoxlanmasından keçirmək lazımdır. Vaxtında aparılan texniki yoxlanış avtomobilinizin istismarı və təmir xərclərini aşağı salır. Əgər avtomobiliniz qoyulmuş həddə çatıbsa, onda MITSUBISHI şirkətinin rəsmi distribyutoruna müraciət edib texniki yoxlanışdan keçməlisiniz. (Əgər texniki yoxlanışın vaxtı çatıbsa). Burada avtomobiliniz MITSUBISHI şirkətinin bütün tələblərinə uyğun olan yüksək səviyyəli xidmətdən keçəcəkdir. Istənilən halda avtomobilinizin texniki xidmət yoxlanışı müddəti 6 aydan çox olmamalıdır. Servis mərkəzinə müraciət edərkən MITSUBISHI şirkətinin rəsmi distribyutorunun sizə verdiyi zəmanət və servis kitabçasını təqdim edin. Servis mərkəzi texniki xidmət reqlamentinə uyğun olan bütün işləri görəcək. Avtomobilə göstərilən xidmətdən sonra servis mərkəzi nümayəndəsi dövri texniki xidmət qeydiyyatı talonunda lazımi qeydlər aparacaqdır. Zəmanət müddətində zəmanət təmini ixtiyarını saxlamaq üçün avtomobilinizin texniki yoxlanışını və təmirini MITSUBISHI şirkətinin rəsmi distribyutorunun texniki servis mərkəzində aparmalısınız. Avtomobiliniz başqa bir texniki mərkəzdə təmir olunarsa zəmanət qüvvəsini itirəcək və avtomobiliniz gələcəkdə satılacağı halda onun bazar qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq.
Avtomobilin müntəzəm texniki yoxlanılması:

Dövri texniki yoxlanışdan əlavə avtomobil sahibi müntəzəm olaraq özü müstəqil şəkildə avtomobilini yoxlamalıdır. Yoxlanışa daxildir:
• Mühərrikdə yağın səviyyəsi. 
• Əsas əyləc silindrinin çənindəki mayenin səviyyəsi. 
• Mühərrikdəki soyuducu mayenin səviyyəsi.
• Ön şüşə təmizləyicisinin çənindəki mayenin səviyyəsi 
• Cihazlar paneli və nasazlıq indiqatorunun və eləcə də, işıqlandırıcı cihazlar və siqnalizasiyanın yoxlanılması 
• Təkərlərdəki havanın təzyiqi Yoxlanış əməliyyatları haqqında ətraflı məlumat yeni avtomobillə verilən təlimat kitabçasının "idarə edilmə" bölməsində verilmişdir. Orada yoxlanışların aparılma qaydası və müddətləri də verilmişdir. "Avtomobilin texniki yoxlanışı" bölməsinə baxın. Əgər Sizdə əlavə suallar yaranırsa, onda MITSUBISHI şirkətinin rəsmi distribyutoruna məsləhət üçün müraciət edə bilərsiniz.

VACİBDİR!

Mühərrik yağının səviyyəsinin yoxlanılması
Hər bir mühərrik normal fəaliyyət göstərdiyi zaman yağ sərf edir.Buna görə də yağın səviyyəsi müntəzəm olaraq yoxlanılır. Həmişə yola çıxmamışdan əvvəl mühərrikdə yağ səviyyəsini yoxlayın. Yağın sərf olunması idarəetmə üslubundan və hava şəraitindən asılıdır. Yağın sərfiyyatı 1000 km-ə 1 litr-ə qədər ola bilər. Yeni mühərriklərdə isə yağın yüksək sərfiyyatı mümkündür (3 ay və ya 5000 km).

Copyright © 2014